QR CodeQR Code

İran: "Arakanlı müsəlmanlar üçün düşərgə ilə səhra xəstəxanası yaratmağa hazırıq"

Nur.az.com , 14 Sep 2017 17:48

İslamtimes - İran xarici işlər nazirliyi mətbuat katibi Bəhram Qasimi İranın Banqladeşdə arakanlı müsəlmanlar üçün düşərgə ilə səhra xəstəxanası yaratmağa hazır olduğunu bildirib.


Bəhram Qasimi dünən axşam saatlarında verdiyi bəyanatda Xarici İşlər Nazirliyi ilə İran Qırmızı Aypara Cəmiyyətindən ibarət bir heyətin Banqladeşin "Coxs Bazar" şəhərindəki düşərgəyə sığınan arakanlı müsəlmanların son vəziyyətini araşdırıb humanitar yardımları çatdırmaq məqsədilə növbəti həftəsonu bu ölkəyə gedəcəyini bildirib. İranın Banqladeşdə arakanlı müsəlmanlar üçün düşərgə ilə səhra xəstəxanası qurmağa hazır olduğunu bildirən Qasimi bunun Dəkkə rəhbərliyi tərəfindən təsdiq olunacağı təqdirdə tətbiq olunacağını qeyd edib. Bəhram Qasiimi bildirib ki, İranın Tailanddakı səfiri Myanmaya gedərək, bu ölkənin xarici işlər nazirinin müavini ilə görüşüb. Görüşdə arakanlı müsəlmanların son durumu müzakirə olunub. "Səfirimiz myanmalı rəsmilərdən İranın humanitar yardımlarının münaqişə bölgələrinə çatdırılması üçün lazımi icazələrin verilməsini istəyib", - deyə Qasimi bildirib. Bəhram Qasimi, həmçinin qeyd edib ki, İran İslam Respublikası Myanmadakı müsəlmanlara qarşı davam edən zorakılığa qarşı bütün gücündən və imkanlarından istifadə edəcək. Bununla yanaşı, Banqladeş ilə Myanma rəsmiləri ilə davamlı təmas halında olaraq problemi kökündən həll etmək üçün əlindən gələni edəcək./eastnews/


Story Code: 669081

News Link :
https://www.islamtimes.org/az/news/669081/iran-arakanlı-müsəlmanlar-üçün-düşərgə-ilə-səhra-xəstəxanası-yaratmağa-hazırıq

Islam Times
  https://www.islamtimes.org