0
Tuesday 19 September 2017 - 16:05

“Abbas Hüseynә qarşı tәhdidlәrә son qoyulsun”

Story Code : 670295
“Abbas Hüseynә qarşı tәhdidlәrә son qoyulsun”
Müsәlman Birliyi Hәrәkatı bәyanat verdi

Müsәlman Birliyi Hәrәkatı öz üzvü, siyasi mәhbus Abbas Hüseynin hәbsxanada tәhdid olunması ilә bağlı bәyanat verib. Bәyanatda deyilir ki, Qobustan qapalı həbsxanasında haqsız yerə cəza çəkən Abbas Hüseynə qarşı təhdidlər səngimək bilmir. Abbas Hüseyn nəzarətçilər tərəfindən “kars” cəzası, ölüm və 3 saylı cəza çəkmə müəsissəsinə ( “Tubzon” adlanan ixtisaslaşmış müalicə müəssisəsi) göndərilməklə təhdid olunur. Bundan əvvəl Abbas Hüseynlə bağlı yayılan işgəncə xəbərləri ictimaiyyətdə böyük rezonans doğurmuşdu. Lakin həbsxana rəhbərliyi ictimai qınaqdan nəticə çıxarmayaraq, özbaşınalığa son qoymur və qanunsuz əməllərinə davam edir.
Müsəlman Birliyi Hərəkatı olaraq bildiririk ki, Abbas Hüseynlə bağlı baş verə biləcək istənilən neqativ hadisənin səbəbkarı həbsxana rəhbərliyi, şəxsən Aftandil Ağayev olacaq. Buna görə də, aidiyyatlı orqanlardan tələb edirik ki, əvvəlcədən bu kimi hadisələrin qarşısını almaq üçün bu məsələyə ciddi yanaşılsın və Abbas Hüseynə edilən təhdidlərə son qoyulsun.
Source : Nur.az.com
Comment