0
Friday 22 April 2011 - 14:27

BİHMT-Səudiyyəni tənqid etdi

Story Code : 67098
BİHMT-Səudiyyəni tənqid etdi
BİHMT-Səudiyyəni tənqid etdi
Islam times.org/az/ - Beynəlxalq İnsan Haqqları Müdafiə Təşkilatı bəyanat verərək Səudiyyə Ərəbistanında 160-dan çox siyasi məhbusun olduğunu bildirərək Səudiyyə rəsmilərinin insan haqqlarını pozmaqda günahlandrmışdır.

Belə ki, Beynəlxalq İnsan Haqqları Müdafiə Təşkilatının verdiyi bəyanatda Səudiyyə adminstrasiyasını fevral ayından bu yana aralarında Nəzir əl-Macid adlı bir müəllimin də olduğu 160 siyasi aktivisti həbsxanada saxlamasını qınadı.

Səudiyyə rejimini insan haqqlarını pozmaqda günahlandıran təşkilat, Səudiyyə Ərəbistanı baş naziri Şahzadə Naif bin Əbdüləzizdən 17 apreldən bəri həbsdə olan Nəzir Macidin də daxil olduğu 160 siyasi məhbusun dərhal sərbəst buraxılmasını tələb etdi.

Səudiyyədə siyasi məhbusların böyük əksəriyyətinin son zamanlar siyasi islahat tələbiylə nümayişlərin təşkil edildiyi ölkənin şərq seqmentlərindən olduğu bildirilir.

Beynəlxalq İnsan Haqqları Müdafiə Təşkilatı, ABŞ-ı və Avropa Birliyini də Səudiyyə Ərəbistanıdakı insan haqqları pozuntularına laqeydliyi üçün tənqid etdi.
Translator :
Source : IslamTimes
Comment