QR CodeQR Code

Xalqın qatili heç bir şərtsiz getməlidir

22 Apr 2011 17:58

IslamTimes - Yəməndə milyonlarla insan Əli Abdullah Salehi xalqın qatili adlandırdı


"IslamTimes" "FarsNews"-a istinadən xəbər verir ki, bir neçə saat öncə Yəməndə başlamış etiraz aksiyalarında milyonlarla insan küçələrə axışıb. Təkcə Tez şəhərində 1 milyona yaxın insan küçələrə axışaraq Əli Abdullah Salehi xalqın qatili adlandırıblar. 

Gənc inqilabçılar bəzi Fars körfəzi ölkələrinin Yəməndə sabitlik yaratmaq adı ilə müdaxilələrinə qarşı çıxıblar. Etirazçılar bu ölkələrin Abdullah Salehi xilas etmək məqsədi ilə müzakirələrə başlamaq istədiklərini bildiriblər. Aksiyada iştirak edənlər heç bir danışın olmayacağını və Abdullah Salehin hakimiyyətdən getməsinin vacib olduğunu bildiriblər. Cümə namazının xətibi də Fars körfəzi ölkələrinin uyğun müdaxiləsinin hiylə olduğunu bildirib.


Story Code: 67125

News Link :
https://www.islamtimes.org/az/news/67125/xalqın-qatili-heç-bir-şərtsiz-getməlidir

Islam Times
  https://www.islamtimes.org