QR CodeQR Code

İraq Prezidentinin referendum planının detalları açıqlandı

İslamazeri , 24 Sep 2017 01:19

Islamtimes - İraqın Kürdüstan bölgəsinin yerli rəhbərliyi tərəfindən edilmək istənən referendum probleminin həll edilməsi məqsədiylə bundan bir neçə gün əvvəl gündəmə gətirilən İraq Prezidentinin təklifinin detalları açıqlanıb.


İraqın Kürdüstan bölgəsinin yerli rəhbərliyi tərəfindən edilmək istənən referendum probleminin həll edilməsi məqsədiylə bundan bir neçə gün əvvəl gündəmə gətirilən İraq Prezidentinin təklifinin detalları açıqlanıb.

İslamazeri.com ərəb mediasına istinadən xəbər verir ki, "əl-Qad Press" tərəfindən yayımlanan İraq Prezidenti Fuad Məsumun təklifinin məzmununda 3 il içində Ərbillə Bağdad rəhbərliyi arasında ediləcək görüşlərdə qəti bir həllin təmin edilməsi, Kərküklə əlaqədar konstitusiyanın tam olaraq tətbiq olunması və anlaşılmazlıq mövzularının həll edilməsi məqsədiylə üç komitənin yaradılması mövzuları yer alır.

Sözügedən təklifin maddələri belədir:

-Bağdad və Ərbil sentyabr ayı içərisində heç bir şərt qarşıya qoymadan müzakirə reallaşdıracaq.

-Önümüzdəki 3 il içərisində qarşılıqlı edilən görüşlər tamamlanacaq və BMT razılaşmalarının gərəyinin yerinə yetirilməsi üçün üzərinə düşəni edəcək.

-Ərbil referendumdan imtina edəcək və yalnız razılaşmaların gərəyinin yerinə yetirilməməsi halında referendum variantını gündəmə gətirəcək.

-Fuad Məsumun başçılığında və Heydər əl-Abadi, Səlim əl-Cəburi və Nəçirvan Barzaninin üzvü olduğu müzakirə müşahidə komitəsi qurulacaq.

-Hər biri razılaşmalarının gərəyinin yerinə yetirilib gətirilmədiyini izləyəcək olan "Qanunverici, icra komitələri və siyasi komitə" qurulacaq.

-3 il vaxt veriləcək olan razılaşmanın ilk 18 ayında icraedici faylları, digər 18 ayında isə razılaşmanın tətbiq olunma vəziyyəti müşahidə ediləcək.

-Konstitusiyada, xüsusilə də 140. maddədə düzəliş ediləcək.

Qeyd edək ki, bu təklif İraq Baş naziri Heydər əl-Abadi tərəfindən bəzi hissələrinin konstitusiyaya zidd olması səbəbiylə rədd edilmişdir.


Story Code: 671459

News Link :
https://www.islamtimes.org/az/news/671459/iraq-prezidentinin-referendum-planının-detalları-açıqlandı

Islam Times
  https://www.islamtimes.org