0
Tuesday 26 September 2017 - 01:27

Kürdüstanda BÖHRAN: Əhali yanacaqdoldurma məntəqələrinə və marketlərə axın edir

Story Code : 671981
Kürdüstanda BÖHRAN: Əhali yanacaqdoldurma məntəqələrinə və marketlərə axın edir
İslamazeri.com xəbər verir ki, İraq Kürd Regional Rəhbərliyində əhali çoxlu miqdarda ərzaq alıb saxlamağa başlayıb. Ticarətçilər "Anbarlarımızda mal qalmayıb. Əhali sərhəd qapılarının bağlanmasından qorxur",- deyib.

Al Alam telekanalının bildirdiyinə görə İraq Kürd Regional Rəhbərliyində (İKRR) həyata keçirilən referendum ərəfəsində İraqın Kürdüstan bölgəsinin mühüm əyalətlərindən olan Süleymaniyyə əyalətində əhali qida satan marketlərə və yanacaqdoldurma məntəqələrinə axın edərək uzun növbələr yaradıb və böyük ehtiyata başlayıblar.

Gələn xəbərlər marketlərin boşaldıldığı istiqamətindədir. Bir yerli səlahiyyətli də başqa rayon və kəndlərdən Süleymaniyyəyə gələnlərin yanacaqdoldurma məntəqələrində uzun növbələr yaratdıqlarını və bölgədə benzin ehtiyatının kritik dərəcədə azaldığını və bir çox yanacaqdoldurma məntəqələrinin artıq benzin verə bilmədiyini bildirirlər.

"Kartas News" və "Əba" kimi informasiya mənbələri, İKRR-nin önəmli vilayətlərdən sayılan Süleymaniyyənin dünən axşam saatlarından etibarən ərzaq materialları və əsas ehtiyaclarını almağa çalışan rayon sakinlərinin sıx şəkildə marketlərə hücum etdiklərinə səhnə olduğunu və yanacaqdoldurma məntəqələrinə gedən küçələrdə də çox uzun avtomobil növbələrinin yarandığını bildiriblər.

İraqlı bir mənbə də, Kürdüstan sakinlərinin sərhəd qapılarının bağlanması xəbərinin ardınca yanacaqdoldurma məntəqələrinə hücum etdiyini, bunun da yanacaqdoldurma məntəqələrinə gedən küçələrdə yol bağlanması və uzun növbələrin yaranmasına yol açdığını vurğulayıb. Eyni mənbə Kürdüstan bölgəsindəki bir çox yanacaqdoldurma məntəqələrinə benzinin bitdiyini qeyd edib. Yerli qaynaqlar da Peşmərgə qüvvələrinin Neynəva vilayətinin Şeyxan rayonundakı ərəb əhalinin referendum üçün səs verməyə məcbur etdiyini bildirib.
Source : İslamazeri
Comment