0
Tuesday 26 September 2017 - 01:30

İsrail Fələstində 2 min yeni yəhudi məskəni salmağa hazırlaşır - KİV

Story Code : 671982
İsrail Fələstində 2 min yeni yəhudi məskəni salmağa hazırlaşır - KİV
İsrailin mülki məsələlər üzrə administrasiyası Fələstinin işğal altındakı Qərb sahili bölgəsində 2 min yəhudi yaşayış məskəninin salınması ilə bağlı yeni planını təqdim edəcək.

İslamazeri.com Fələstin mediasına istinadla xəbər verir ki, bu barədə İsrailin "Haaretz" qəzeti məlumat yayıb.

Bildirilib ki, hökumətin yeni planı yaxın həftələrdə rəsmən elan olunacaq. Adının çəkilməsini istəməyən İsrail rəsmisi bildirib ki, yeni plan gələn həftənin əvvəlində açıqlana bilər. Əgər açıqlanmasa, yəhudilərin Sukkot bayramından sonra - oktyabrın 11-ə dək təxirə düşəcək.

Fələstin muxtariyyətinin Baş naziri Rami Həmdullah mülki administrasiyanın bu planını tənqid edib və bunu Fələstin torpaqlarının sistematik və genişmiqyaslı müstəmləkə işğalı adlandırıb.
Source : İslamazeri
Comment