0
Tuesday 26 September 2017 - 01:32

HƏMAS: İşğal rejiminin qara siyahıya salınmasından məmnunuq

Story Code : 671983
HƏMAS: İşğal rejiminin qara siyahıya salınmasından məmnunuq
İslamazeri.com Fələstin mediasına istinadən xəbər verir ki, İslami Müqavimət Hərəkatı (HƏMAS) BMT-nin İnsan Hüquqları Şurasının işğalçı İsrail rejiminin insan haqlarını pozan dövlətlərin yer aldığı qara siyahıya əlavə etməsini alqışladıqlarını bildirib.

HƏMAS mətbuat katibi Fəvzi Burxum məsələ ilə bağlı verdiyi bəyanatda işğal rejiminin gerçək üzünü və Fələstin xalqının məzlumiyyətini ortaya çıxarması üçün bu addımın vacib olduğunu söyləyib.

Beynəlxalq ictimaiyyətin, Beynəlxalq Cəza Məhkəməsinin və beynəlxalq təşkilatların bundan sonra lazım olan addımları ataraq işğal rejimini törətdiyi cinayətlər və pozuntular səbəbindən mühakimə etmələrini, bununla paralel olaraq Fələstin xalqını dəstəkləmələrini, haqq və hüququnu geri almaqda ona kömək etmələrini istəyib.

BMT İnsan Haqları Şurasının hazırladığı 29 dövlətlik qara siyahıya insan haqları fəallarına qarşı hüquq pozuntuları etdiyi üçün Sionist İsrail rejimini də əlavə edib.

İnsan Haqları Şurasının çərşənbə günü yayımladığı qara siyahıda 29 dövlət var və bu dövlətlər insan hüquqları fəallarına qarşı intiqam xarakterli hərəkətlərdə ittiham edilir.
Source : İslamazeri
Comment