0
Saturday 23 April 2011 - 07:06

"Mövsüm Səmədov xalqın sözünü deyib”

Story Code : 67207
"Mövsüm Səmədov xalqın sözünü deyib”
"Mövsüm Səmədov xalqın sözünü deyib”
FaktXeber-in müxbirinin verdiyi məlumata görə, Konfrans Sülh və Demokratia İnstitutunun rəhbəri Leyla Yunus tərəfindən təşkil olunub. Konfransda Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədovun vəkili Anar Qasımov, partiya və media nümayəndələri iştirak edib. Hazırda Sülh və Demokratiya institunun siyahısında 60-a yaxın siyahı məhbusun olduğunu deyən Leyla Yunus, barələrində cinayət işi qaldırılan 10 nəfər islamçının da həbs olunacağı halda bu siyahıya salınacağını bildirdi. "Bildiyiniz kimi bu il yanvar ayının əvvəlindən başlayaraq Azərbaycanda kütləvi represiyyalar baş verib. Bu həbslər çox təəccüblüdür ki, AİP sədrinin partiyanın baş məclisindəki çıxışından sonra başlayıb. Həbs olunanların siyahısı bunlardır: 1) AİP sədri Mövsüm Səmədov. 2) AİP sədrinin müavini Vaqif Abdullayev. 3) Zülfüqar Mikayılzadə xəstə olduğu üçün hələ ki, həbsi 4 aylıq ev dustaqlığı ilə əvəz olunub. Amma cinayət işi qüvvədə qalır. Üzərindən götürülməyib. 4) Dəyanət Səmədov. Mövsüm Səmədovun əmisi oğlu. 5) Firdovsi Məmmədrzayev. Mövsüm Səmədovun qaynı 6) AİP Astara komitəsinin sədri Rufullah Axundzadə 7) Masallı ruhanisi Fəramiz Abbasov 8) AİP Gəncə komitəsinin sədri Yusif Ələkbərov. Hazırda İnterpola axtarışa verilib. 9) Gəncə ruhanisi Azər Cəbiyev.10) Gəncə ruhanisi Fəxri İlyasov. Əgər həbs olunanlar haqqında qaldırılan cinayət maddələri məhkəmədə təsdiq olunsa onlar siyasi dustaq hesab olunacaqlar. Hazırda biz onları potensial siyasi dustaq hesab edirik.

Comment