0
Thursday 28 September 2017 - 11:31

Həqiqi İslam Vəhhabiyyət, İŞİD, Ən-Nüsrə Cəbhəsi deyil!

Story Code : 672659
Həqiqi İslam Vəhhabiyyət, İŞİD, Ən-Nüsrə Cəbhəsi deyil!
"IslamTimes" Livan KİV-nə istinadən xəbər verir ki, Hizbullah baş katibi Seyid Həsən Nəsrullah məhərrəm ayının 7-ci gecəsindəki çıxışı zamanı müharibənin də özünün əxlaqi, dini baxımdan qanunlarının olduğunu bildirib. O əxlaqi dəyərlərin əsil müsəlmanların rəftarlarından (hətta döyüş meydanında belə) uzaq düşməməli olduğunu bildirib. 
Hizbullah baş katibi həmçinin Livan daxilindəki problemlərə də işarə edərək bildirib: "Bu gün Livanda siyasi problemlərdən öncə əxlaq zəminəsində bir sıra problemlər var. Biz mədəniyyət baxımından bizimlə fərqli olan insanlarla sülh və dostluq içində yaşaya bilərik." (red: Livanda çox sayda xristian var ki, geyimləri müsəlmanların geyimlərindən fərqli və açıq-saçıqdır. Amma onlar insandır! Biz onlarla sülh şəraitində yaşayırıq. Çünki onlarla olan problem sadəcə əxlaq zəminəsindədir. Amma İŞİD kimi adı müsəlman olan, özü isə insanlıq adına ləkə olan qrupla yaşamaq qeyri-mümkündür!)
Nəsrüllah əlavə edib: "İŞİD, Vəhhabiyyət, Ən-Nüsrə Cəbhəsi həqiqi İslam deyil! İslam həzrət Peyğəmbər (s), onun səhabələri və Əhli-Beytin icra etdiyi dindir!"
Comment