0
Saturday 23 April 2011 - 18:58

Quranı yandıran keşişə məscidə yaxınlaşmaq yasaqlandı

Story Code : 67355
Quranı yandıran keşişə məscidə yaxınlaşmaq yasaqlandı
Quranı yandıran keşişə məscidə yaxınlaşmaq yasaqlandı
Milli.Az xəbər portalı "Voice of America"ya istinadən bildirir ki, Quranı yandırmaqla çirkin simaya çevrilən amerkialı keşiş Terri Consa ABŞ-ın Detroyt şəhəri yaxınlığında, Dirborndakı məscidin qarşısında aksiya keçirməyə imkan verilməyib. Birləşmiş Ştatların ən böyük məscidi Dirborndadır.

Məhkəmə aksiyanın yasaqlanmasını tələb edən prokurorluğun müraciətini təmin edib.

Məhkəmə prosesi zamanı prokuror bildirib ki, məscidin qarşısında aksiya keçirilməsi şəhərdəki müsəlmanları cavab tədbirlərinə sövq edər və bu da Dirbornda situasiyanı gərginləşdirə bilər.

Prokurorun fikrincə, Dirbornda 10 minə yaxın müsəlman küçələrə çıxa bilər. "Keşiş Cons və tərəfdarları aksiyaya silahlı gəlmək istəyirlər. Bu isə fəlakət yarada bilər", - prokuror söyləyib.
Məhkəmə hakimi Mark Sommers Consa və onun ardıcılı, keşiş Ueyn Sappa bundan sonrakı 3 il ərzində məscidə yaxınlaşmağı qadağan edib. Hər iki keşiş 1 dollar məbləğində simvolik cərimə də ödəməlidir. Cərimənin məqsədi onlara tətbiq edilmiş məhdudiyyətlərin mənasını anladıqlarını göstərmək üçündür.

"Detroit Free Press"in verdiyi məlumata görə, Cons və Sapp ilk-əvvəl cəriməni ödəmək istəmədikləri üçün həbs edilsələr də, sonra ödənişə razılıq veriblər və buraxılıblar.


Comment