0
Saturday 23 April 2011 - 20:27

Ukrayna Putinin sözünü yerə saldı

Story Code : 67368
Ukrayna Putinin sözünü yerə saldı
Ukrayna Putinin sözünü yerə saldı
Ukrayna Rusiya baş naziri Vladimir Putinin Gömrük İttifaqına daxil olmaq barədə təklifini qəbul etməyib. Bu barədə ölkə parlamentində çıxış edərkən Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko açıqlama verib.

K. Qrişenko bildirib ki, Ukraynanın Gömrük İttifaqına daxil olması ilə bağlı heç bir şərtlər irəli sürülməyib. Bu ancaq istək şəkildə ifadə olunub.

Qeyd edək ki, bu yaxınlarda Ukrayna hökumət başçısı Nikolay Azarovla görüşən Rusiya baş naziri Vladimir Putin Ukraynanın bu quruma daxil olmasının faydası haqda danışıb. Rusiya hökumət başçısı Ukraynanın ittifaqa daxil olacağı təqdirdə 1 il müddətində 6,5 milyard dollardan 9 milyard dollara kimi gəlir əldə edə biləcəyini bildirib.

"Biz Gömrük İttifaqı ilə danışıqlar prosesində daxil olmamışıq. Ukrayna azad ticarət zonası yaratmaq üçün ittifaqa üzv ölkələrlə danışıqlara başlamağa hazırdır”, -deyə K. Qrişenko əlavə edib.

Comment