QR CodeQR Code

"Əhli-Beyt aşiqləri və təkfirçilər problemi" beynəlxalq konfransına məqalə qəbulu vaxtı artırıldı

15 Oct 2017 20:56

IslamTimes - Əhli-beyt aşiqləri və təkfirçilik böhranı üzrə beynəlxalq konfrans üçün son tarix!


"Əhli-beyt aşiqləri və təkfirçilik böhranı" mövzusunda keçiriləcək beynəlxalq konfransa məqalə qəbulu üçün elan olunmuş tarix noyabrın 11-dək uzadılıb.

Tədqiqatçılar "Əhli-beyt aşiqlərinin qavrayışı, düşüncə və mərifətdə mənbələri və nəzəriyyələri", "İslam məzhəblərinin tarix və mədəniyyəti, yeni İslam mədəniyyətinin qaynaqları", "Azğın cərəyanlara qarşı vahid ümmətin formalaşmasında lider İslam mütəfəkkirləri və alimlərinin mövqeyi" mövzularında yazdıqları məqalələrini "info@islamic-awakening.ir" elektron poçt ünvanına yollaya bilərlər.

Həmçinin "Əhli-beyt aşiqlərinin vahid müsəlman ümməti yaratmaq üçün birləşməsinin əhəmiyyəti", "İslam dünyası və Əhli-beyt aşiqlərinə qarşı təhlükələr və problemlərin araşdırılması", "Əhli-beyt aşiqlərinin düşmən qarşısında birləşmə strategiyası" konfransda müzakirə olunacaq digər mühüm mövzulardandır.

Beynəlxalq İslam Oyanışı Təşkilatı seçilmiş əsərlərin müəlliflərini konfransda iştirak üçün dəvət edəcək, həmçinin seçilmiş əsərlər kitab, jurnal və digər formalarda çap olunacaq.

Qeyd edək ki, konfrans üçün qəbul olunan məqalələr istənilən dildə ola bilər.


Story Code: 674107

News Link :
https://www.islamtimes.org/az/news/674107/əhli-beyt-aşiqləri-və-təkfirçilər-problemi-beynəlxalq-konfransına-məqalə-qəbulu-vaxtı-artırıldı

Islam Times
  https://www.islamtimes.org