0
Sunday 8 October 2017 - 19:42

Tehran: İran ballistik raketlərinin sərrastlığını artırır

Story Code : 675129
Tehran: İran ballistik raketlərinin sərrastlığını artırır
Bu barədə İran XİN rəhbəri Məhəmməd Cavad Zərif ABŞ-ın “Newsweek” nəşrinə müsahibəsində bildirib.

O qeyd edib ki, İranın arsenalındakı ballistik raketlər ölkənin müdafiəsini təmin etmək üçün istehsal olunub və nüvə silahı kimi istifadə üçün tamamilə uyğunsuzdur.

“Biz raketlərin sərrastlığını artırmaq məqsədi ilə onları sınaqdan keçirməkdə davam edirik. Əgər raket nüvə silahı kimi istifadə üçün istehsal edilibsə, belə halda sərrastlığa gərək yoxdur. İranın sahib olduğu ballistik raketlər qeyri-nüvə başlıqların quraşdırılması üçün nəzərdə tutulub”, - deyə nazir qeyd edib.
Source : Nur.az.com
Comment