QR CodeQR Code

İran XİN: Sepaha görə İranın ABŞ-a cavabı qəti və sarsıdıcı olacaq

İslamazeri , 9 Oct 2017 23:00

Islamtimes - Rəsmi Tehran Sepahın terrorçu təşkilat elan olunması ilə bağlı ABŞ-ın cəhdlərinə sərt etiraz edib.


"Ümid edirik ki, ABŞ belə bir strateji səhvə yol verməz. İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) terror təşkilatları ilə bir tutulmasına görə, ABŞ-a cavabımız qəti, həlledici və sarsıdıcı olacaq".

İslamazeri.com xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasimi bu gün keçirilən mətbuat konfransında deyib.

Qeyd edək ki, dünən İranın Sepah qüvvələrinin komandanı general Məhəmməd Əli Cəfəri də Amerikaya xəbərdarlıq edərək İnqilabçı korpusun terror təşkilatı elan ediləcəyi təqdirdə, İranın da öz növbəsində ABŞ ordusunu İŞİD-lə eyniləşdirəcəyini bəyan edib.


Story Code: 675416

News Link :
https://www.islamtimes.org/az/news/675416/iran-xin-sepaha-görə-iranın-abş-a-cavabı-qəti-və-sarsıdıcı-olacaq

Islam Times
  https://www.islamtimes.org