QR CodeQR Code

İran tələbələri Bəhreynə yola düşür

IslamTimes , 24 Apr 2011 17:18

Translator :

Islamtimes - Hökumət, İranlı tələbələrin Bəhreynə getməsinə maneə törətdi.


islamtimes.org/az/ - Bəhreyndə yaşanan cinayətləri qınayan İranlı tələbələr, iki gəmiyə minərək Bəhreynə doğru yola çıxmaq istədikdə İran təhlükəsizlik qüvvələri tərəfindən qarşısı alındı.

Belə ki, İranın cənubunda olan universitetlərin tələbələri Cümə günü iki balıqçı gəmisinə minərək Bəhreynə doğru yola çıxmaq istəmişlər.

Əyinlərinə kəfən geyinən şagirdlər, Səud və Xəlifə ailəsinin cinayətlərini qınayan şüarlar səsləndirərək Bəhreyn xalqını dəstəkləmək üçün bu ölkəyə doğru yola çıxdılar.

Ancaq balıqçı gəmiləri, İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdır.

Balıqçı gəmiləri İran sahillərinə geri qaytarılmışdır.


Story Code: 67573

News Link :
https://www.islamtimes.org/az/news/67573/iran-tələbələri-bəhreynə-yola-düşür

Islam Times
  https://www.islamtimes.org