0
Monday 25 April 2011 - 01:59

Abdullah Saleh xalqını, Səudiyyə silahlarıyla öldürür!

Story Code : 67584
Abdullah Saleh xalqını, Səudiyyə silahlarıyla öldürür!
Abdullah Saleh xalqını, Səudiyyə silahlarıyla öldürür!
Islam times.org/az/ - Yəmənin Demokrat Partiya lideri "Seyf-ul Vəşli" əl-Aləm xəbər kanalı müxbiriylə danışarkən Səudiyyə rejiminin Yəmən diktatoru Əli Abdullah Salehi əhatəli bir şəkildə dəstəklədiyinə toxunaraq "Səudiyyə Ərəbistanı rejimi, Yəmən hökumətinə güclü silahlar vermişdir Əli Abdullah Saleh o silahlarla Yəmənin hər tərəfində xalqı qırğına məruz qoyur" demişdir.

"Seyf-ul Vəşli" daha sonra belə qeyd etmişdir: "Fars Körfəzi Əməkdaşlıq Şurası üzvü ölkələr və bunların arasından xüsusilə də Səudiyyə Ərəbistanı, Yəmənin inkişaf etmiş və güclü bir ölkəyə çevrilməsini istəmirlər.

Buna görə iqtidarı Yəmənli inqilabçılara təhvil verməmək üçün hər vasitə ilə Əli Abdullah Salehi bu ölkədə iqtidarda saxlamağ çalışırlar."

Yəmənin Demokrat Partiya lideri "Seyf-ul Vəşli" açıqlamalrının ardınca Fars Körfəzi Əməkdaşlıq Şurasının Yəmənlə əlaqədar son proyektlərinin müvəffəqiyyətsiz qaldığına toxunaraq "Bu Şura, Abdullah Salehin iqtidardan çəkilib getməsi və rejiminin dəyişməsi lazım olduğundan danışmır. Belə bir proyekt Yəmən xalqı tərəfindən qəbul edilə bilməz" dedi.

"əl-Vəşli" şərhlərinin son hissəsində, Yəmənin diktatoru Abdullah Salehin xalqı ikiyə bölməyə və ölkədə böhran taratmağa çalışdığı haqda xəbərdarlıq etdi və "Abdullah Saleh, hələ köhnə siyasətlərini tətbiq edir və bu vaxt müxtəlif yollarla da vaxt qazanır" deyə əlavə etdi.
Translator :
Source : IslamTimes
Comment