0
Friday 13 October 2017 - 00:38

ABŞ-Türkiyə böhranı: Ankara nə qədər pul itirəcək?

Story Code : 676182
ABŞ-Türkiyə böhranı: Ankara nə qədər pul itirəcək?
Axar.az xəbər verir ki, bunu Türkiyə parlamentində jurnalistlərə açıqlamasında Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu söyləyib.

“Türkiyə-Amerika əlaqələri ağıllı siyasətlə yenidən nəzərdən keçirilməli və düzəlməlidir. Ona görə ki, Türkiyə sadəcə ABŞ-la əlaqələrə malik deyil, o, həm də ABŞ-ın da üzv olduğu bir sıra müxtəlif beynəlxalq təşkilatların üzvüdür. NATO-da və digər yerlərdə ortaq çalışırıq. Türkiyə Silahlı Qüvvələri ilə ABŞ ordusunun ciddi işbirliyi mövcuddur. Bu əlaqələrin daha çox kəskinləşməməsi lazımdır. Bunun bizə zərəri 50 milyard türk lirəsi olacaq. Bununla bərabər birjanın düşməsi, dolların dəyərinin yüksəlməsi məsələsi də gündəmə gəlir. Türk Hava Yollarının xidməti Yaxın Şərqdəki şirkətlərə görə daha yaxşıdır. Dolayısı yolla amerikalılar THY-yə daha çox üstünlük verirlər. Buradan da itkilərə məruz qala bilərik”, – deyə o bildirib.

Qeyd edək ki, bir müddət öncə ABŞ-ın İstanbuldakı Konsulluğunun işçisi Mətin Topuzun FETÖ ilə əlaqədə şübhəli bilinərək həbs edilməsindən sonra Vaşinqton Ankaraya viza verilişini dayandırmışdı. Türkiyə də ABŞ-a anoloji addımla cavab vermişdi.
Source : Deyerler
Comment