0
Friday 13 October 2017 - 13:06

İŞİD-in Həssakədə terror hücumunda 50-dən çox insan ölüb

Story Code : 676241
İŞİD-in Həssakədə terror hücumunda 50-dən çox insan ölüb
Suriyanın şimal-şərqində İŞİD-in törətdiyi terror hücumu nəticəsində 50-dən çox insan həlak olub.

İslamazeri.com "VOA"-ya istinadla xəbər verir ki, minalanmış 3 avtomobilin partladılması ilə törədilmiş terror aktı Deyr əz-Zor və Həssakə əyalətlərinin sərhədində yerləşən Əbu Fas rayonunda baş verib.

Suriya İnsan Haqları Müşahidə Qrupunun açıqlamasına görə, terror aktında dinc sakinlər və kürd silahlıları həlak olublar. Kürd qüvvələri də faktı təsdiq edərək bildiriblər ki, hücumda Deyr əz-Zordan qaçqın düşmüş mülki şəxslərlə yanaşı kürd hərbçiləri də həlak olublar və yaralanıblar. Bildirilib ki, partlayışdan sonra insanlar səhralığa doğru qaçmağa başlayıblar. Lakin burada yerləşdirilmiş minalara düşüblər və beləliklə ölü sayı daha da artıb.
Source : İslamazeri
Comment