QR CodeQR Code

ABŞ Türkiyədəki səfirinə sahib çıxdı: O, özbaşına iş görməz

İslamazeri , 13 Oct 2017 13:12

İslamtimes - Türkiyə ilə ABŞ arasında yaşanan viza böhranının ardınca Prezident Rəcəb Tayyib Ərdoğan və digər türk rəsmiləri özbaşına qərarlar verməklə günahlandırdığı səfir Con Bessə ABŞ sahib çıxıb.


İslamazeri.com türk mediasına istinadən xəbər verir ki, Türkiyə ilə ABŞ arasında yaşanan viza böhranının ardınca Prezident Rəcəb Tayyib Ərdoğan və digər türk rəsmiləri özbaşına qərarlar verməklə günahlandırdığı səfir Con Bessə ABŞ sahib çıxıb.

ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Hezə Nauert paytaxt Vaşinqtonda keçirdiyi mətbuat konfransında məsələyə dair, "Bizim səfirimiz özbaşına iş görməz. O, Ankarada fəaliyyət göstərən ən yaxşı səfirlərdən biridir. Özü ilə çox sıx əlaqə içindəyik və atdığı hər addım Ağ Ev, Dövlət Departamenti və digər əlaqədar qurumlarla bir-biri ilə bağlı olaraq həyata keçirilir",- deyib.


Story Code: 676243

News Link :
https://www.islamtimes.org/az/news/676243/abş-türkiyədəki-səfirinə-sahib-çıxdı-o-özbaşına-iş-görməz

Islam Times
  https://www.islamtimes.org