0
Friday 13 October 2017 - 15:13

Taliban terrorçuları İŞİD terrorçuları ilə mübarizə aparacaqlarını bildirib

Story Code : 676282
Taliban terrorçuları İŞİD terrorçuları ilə mübarizə aparacaqlarını bildirib
İŞİD-in müsəlmanları təkfir etdiyini deyən Zəbihullah Mücahid bildirib: “Bəzi medialar “Taliban” barədə yalan xəbərlər yaymaqla nigarançılıq və Əfqanıstanda olan ABŞ qüvvələri üçün bəhanə yaratmağa çalışırlar. İŞİD müdafiəsiz və məzlum müsəlmanları öldürməyi icazəli bilir. Belə olan halda bu qrupla vəhdət etmək mümkün deyil.”
Bir müddət öncə bir sıra medialar Qəndərhar polisinin komandirlərindən olan Əbdür-rəzzaqa istinadən xəbər vermişdilər ki, “Taliban” rəhbəri ölkənin cənubunda yerləşən Musa Qala şəhərinə səfəri zamanı üzvlərinə İŞİD qüvvələriylə ixtilaf yaşamamalarını göstəriş verib. Lakin Zəbihullah Mücahid bu məsələni təkzib edib.
“Taliban” rəhbəri Molla Hibətullahın Musa Qala şəhərinə səfəri barədə Zəbihullah bildirib: “Bu səfər adi və təbii bir məsələdir və cihadi sıraları yoxlamaq məqsədi daşıyır. Biz İŞİDə hücum olunmamasıyla bağlı yayılan şayeələri təkzib edir və bunların düşmən oyunu olduğunu bəyan edirik. Qrup rəhbərimizin göstərişi İŞİD-lə mübarizə aparmaqdan ibarətdir. “Taliban” ölkənin heç bir yerinsə bu fitnəkar qrupun fəaliyyət göstərməsinə icazə vermir.”
Mücahid sözlərinin sonunda bildirib: “Rəhbəriyyətin göstərişi budur ki, İŞİD qüvvələrinin fəaliyyətlərinə ciddi olaraq maneə törədilsin. Rəhbrimizin səfərləri yeni mövzu deyil. Hibətullah Əfqanıstandadır və cihadi qüvvələri yaxından yoxlayır.”
Source : Nur.az.com
Comment