0
Friday 13 October 2017 - 15:17

İsveçdə silahlı hücum: 4 nəfər yaralandı

Story Code : 676287
İsveçdə silahlı hücum: 4 nəfər yaralandı
Hadisə nəticəsində 4 nəfər yaralanıb. Məlumata görə, hadisə şəhər mərkəzində baş verib. Kimliyi məlum olmayan silahlı şəxs və ya şəxslər şəhər mərkəzində atış açıb. Polis sözçüsü Fredrik Brett 4 nəfərin yaralandığını, onların xəstəxanaya aparıldığını açıqlayıb. Yaralıların vəziyyəti barədə məlumat verilməyib.

Hadisə yerində təhlükəsizlik tədbirləri artırılıb, silahlı şəxs və ya şəxslərin tutulması üçün genişmiqyaslı əməliyyat başladılıb. İsveçin TT xəbər agentliyinə danışan hadisə şahidi 6 dəfə silah səsi eşitdiyini, bundan sonra insanların təlaşla qaçmağa başladığını deyib
Source : Musavat
Comment