QR CodeQR Code

BMT-dən şok açıqlama: Rohinciyalı qaçqın uşaqların 90 faizi acdır

Maide , 15 Oct 2017 15:25

Islamtimes - BMT-nin Uşaq Fondu (UNICEF) Banqladeşə sığınan Rohinciyalı müsəlman qaçqınların durumunun acınacaqlı və 90 faizinin ac olduğunu açıqlayıb.


Maide.Az xəbər verir ki, UNICEF qaçqınların gün ərzində yalnız bir dəfə yemək imkanına malik olduğunu bildirib.

Məlumata görə, Banqladeşə sığınan Myanmalı müsəlmanlardan təxminən 150 min qadın və uşağın qidalanması üçün təcili yardım lazımdır. Qaçqın düşərgəsində ehtiyac olan ən önəmli içməli su t və tibbi yardımlardır.

Düşərgədə olan qaçqınlar arasında 1128 valideynsiz (yetim) uşaq qeydə alınıb.

Qeyd edək ki, bundan öncə UNİCEF Banqladeşin Koks Bazar düşərgəsində təxminən 300 min uşaq "dözülməz şəraitdə" yaşadığı barədə məlumat yaymışdı.

Xatırladaq ki, Myanma ordusu və hökumətinin cari ilin avqust ayının 25-dən sonra Arakan bölgəsində Rohingiya müsəlmanlarına qarşı hücumlarının ardınca bu bölgədən 515 mindən çox Rohingiyalı müsəlman Banqladeşə qaçıb ki, onların 60 faizini uşaqlar təşkil edir.


Story Code: 676755

News Link :
https://www.islamtimes.org/az/news/676755/bmt-dən-şok-açıqlama-rohinciyalı-qaçqın-uşaqların-90-faizi-acdır

Islam Times
  https://www.islamtimes.org