QR CodeQR Code

Ərəbistandan Rusiyaya təklif: Bəşər Əsəd qalsın, İran Suriyadan çıxsın

Nur.az.com , 19 Oct 2017 22:02

İslamtimes - Ərəbistan kralının Moskvaya səfərindən 10 gün ötdükdən sonra Rusiyanın Dəməşqdəki səfirliyinə yaxın mənbələr onunla Putin arasında gedən danışıqlardan bir hissəsini açıqlayıb.


“Qüds” qəzeti bu mənbələrə istinadla yazıb: “Kral Salman Putinə deyib ki, Bəşər Əsədin keçid dövründə, hətta ondan sonra da prezident kimi qalması ilə bağlı bir problemimiz yoxdur. Yeganə problemimiz Dəməşq və Tehran arasında yaxın münasibətlərin olmasıdır”.
Rusiyanın Dəməşqdəki səfirliyinin daxilindəki mənbələri əlavə edib: “Ərəbistan kralı Putinə təklif etdi ki, Bəşər Əsədin Suriyada prezident kimi qalmasına siyasi kömək edə bilər və bunun müqabilində Moskva, Tehran-Dəməşq münasibətlərinin səviyyəsini azaltmağa təlaş etsin. Belə ki, İranın Suriya və Livanda nüfuzu azalsın”.
Mənbələrin bildirdiyinə görə, Putin bu təklifə tamamilə bitərəf mövqe tutub və deyib ki, Bəşər Əsədi heç vaxt İrandan uzaqlaşdıra bilməz. Bu məsələ Moskva üçün önəm daşımır. Lakin Dəməşq-Tehran münasibətlərini regionun məsləhətinə xidmət etməyə sövq edə bilər. Bundan qeyri surətdə Rusiya özünü bu məsələyə daxil edə bilməz.
Putin həmçinin bildirib ki, Əsədi İrandan uzaqlaşdırmağa məcbur edə bilməz. Habelə, Dəməşq-Tehran münasibətlərini azaltmaq üçün Tehrana təzyiq göstərmək mümkün deyil.


Story Code: 677819

News Link :
https://www.islamtimes.org/az/news/677819/ərəbistandan-rusiyaya-təklif-bəşər-əsəd-qalsın-iran-suriyadan-çıxsın

Islam Times
  https://www.islamtimes.org