0
Friday 20 October 2017 - 00:03

Ərbəində Kərbəlada təhlükəziliyə Əl-Həşduş Şəbi qüvvələri dəstək verəcək

Story Code : 677848
Ərbəində Kərbəlada təhlükəziliyə Əl-Həşduş Şəbi qüvvələri dəstək verəcək
Kərbəla şəhər şurasındakı Əl-Həşduş Şəbi komissiyasının sədri Həmid Əs-Sahib belə bir açıqlama ilə çıxış edib.

Ərbəin mərasimlərində təhlükəsizliyin təmin olunması məqsədilə Əl-Həşduş Şəbi qüvvələrinin tam həssas vəziyyətdə olduqlarını və bu məsələnin Kərbəla şəhər şurasının iclasında müzakirə olunduğunu bildirib.

Bu plan əsasında Əl-Həşduş Şəbi qüvvələrindən Kərbəla ətrafında, xüsusilə də Ənbar əyalətinə yaxın olan qərb cəbhəsində bir təhlükəsizlik zolağı yaratmaları tələb olunub.

İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü, yəni Ərbəin günü mərasimləri artıq son illərdə dünyanın ən möhtəşəm mərasimlərindən birinə çevrilib və hər il İraq daxilindən və dünyanın digər ölkələrindən milyonlarla insan bu mərasimdə iştirak etmək üçün Kərbəla şəhərinə axın edir və Ərbəin yürüşünə qoşulur.
Source : Deyerler
Comment