QR CodeQR Code

Qum tələbələrinin nəzərinə!

27 Apr 2011 07:55

IslamTimes - Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsi Beynəlxalq Əl-Müstəfa Universitetinin İmam Xomeyni adına Ali Mədrəsəsində seminar iclası keçirəcək.


Seminarda hicab, qadın örtüyünün İslamda və başqa dinlərdə yeri, eyni zamanda hicabla bağlı Azərəbaycan Respublikası və dünyada mövcud durum mövzusunda çıxışlar və müzakirələr nəzərdə tutulur.
Seminar iclası 28 aprel, cümə axşamı günü (pəncşənbə) saat 17:00-da İmam Xomeyni Ali Mədrəsəsinin Şəhid Sədra salonunda keçiriləcək. Bütün tələbələr bu dünya və axirət yüklü toplantıya dəvət edilir.

HHQM MK-nın mətbuat xidməti


Story Code: 68137

News Link :
https://www.islamtimes.org/az/news/68137/qum-tələbələrinin-nəzərinə

Islam Times
  https://www.islamtimes.org