0
Wednesday 8 November 2017 - 13:03

İmam Hüseyn zəvvarlarını qətlə yetirmək istəyən iki terrorçu məhv edildi

Story Code : 682099
İmam Hüseyn zəvvarlarını qətlə yetirmək istəyən iki terrorçu məhv edildi
"IslamTimes" xəbər verir ki, İraq Təhlükəsizlik Qüvvələri Bağdad şəhəri yaxınlığında iki İŞİD intiharçısının zərərsizləşdirildiyi ilə bağlı məlumat yayıb.
Əyinlərində partlayıcı bağlanmış jilet və kəmər olan vəhhabi terrorçular Bağdad şəhərinin Rizvaniyyə məntəqəsindəki Ərbəin zəvvarlarına hücum etmək niyyətində olub. Təhlükəsizlik Qüvvələri onların kimliyini təyin edərək, şəhərə daxil olmalarına belə izn verməyib.
İraqlı general Cəlil Rəbii deyib: "Ərbəin münasibəti ilə imam Hüseyn (ə) məqbərəsini ziyarət etmək üçün dünyanın müxtəlif ölkələrindən milyonlarla ziyarətçi İraqa axın edib. Onlar hazırda Kərbəlaya doğru hərəkət edirlər. Terrorçular isə nə yolla olur olsun, intihari əməliyyat keçirməyə can atırlar. Son iki terrorist məhv edilməzdən öncə də bir neçə terrorçu İraqın müxtəlif məntəqələrində məhv edilib."
Comment