0
Wednesday 22 November 2017 - 01:01

“İslami Cihad” Səudiyyənin işğalçı İsraillə olan əlaqələrinə münasibət bildirdi

Story Code : 684942
“İslami Cihad” Səudiyyənin işğalçı İsraillə olan əlaqələrinə münasibət bildirdi
Hərəkatın xarici siyasətlərinin Livanda olan əlaqələndiricisi Şəkib əl-İna, Səud rejiminin xarici işlər naziri Adil əl-Cubeyrin vəliəhd Muhəmməd bin Salmana Fələstin əleyhinə cızılan planlar və bu rejimin İsraillə diplomatik formada əlaqələrinin adiləşdirilməsi barədə yayılan xəbərlərə münasibət bildirərək deyib: “Bu sənəd göstərir ki, ərəb ölkələri, xüsusən Fars körfəzi ölkələri İsrail rejimi ilə həmkarlıq edərək, ərəb ölkələri, xüsusən Fələstin xalqının mənafelərinin əksinə addımlayırlar.”
“Al-Ahd” saytına münasibət bildirən əl-İna deyib: “Bir sıra ərəb ölkələri öz metodlarını dəyişiblər. Bu ölkələr İsrail rejimini məhv etmək barədə bir olma əvəzinə, İran İslam Respublikası və bir-birinin əleyhinə mövqe sərgiləyirlər. Bir sıra ərəb ölkəsinin İsraillə koalisiya yaratması qəbul olunmazdır.”
O sözlərinin davamında bildirib: “Ərəb ölkələrində İrana qarşı düşmənçilik toxumları becərənlər islam ümməti arasında fitnə, iki tirəlik və ayrılıq yaratmaq niyyətindədirlər. Bu səylər ABŞ və İsrailə xidmət yönündədir. ABŞ bir sıra ərəb ölkələrindən İranın qüdrətini azaltmaq üçün istifadə edir. Bugünkü İran, ABŞ-ın bölgədə olan mənafeləri üçün təhlükəyə çevrilib.”
Source : Nur.az.com
Comment