0
Friday 24 November 2017 - 21:02

Misirin Sinay yarımadasında məsciddə terror aktı törədildi; azı 235 ölü

Story Code : 685483
Misirin Sinay yarımadasında məsciddə terror aktı törədildi; azı 235 ölü
"Press Tv" terror qrubanlarının sayının 235-ə çatdığını açıqlayıb. Ölənlərin sayının artacağı bildirilib. ****17:46**** "Reuters" agentliyinin xəbərinə əsasən, terror aktında ölənlərin sayı 155-ə qalxıb. ****17:18**** "Egypt Today" qəzetinin məlumatına əsasən, ölənlərin sayı 115-ə çatıb. ****16:50**** Eastnews.org-un verdiyi xəbərə görə, terror qurbanlarının sayı 85-ə qalxıb. Yaralıların sayının 150-yə çatdığı qeyd edilib.

****15:59**** Eastnews.org-un verdiyi xəbərə görə, Misirin Sinay yarımadasında bir məscidə terror hücumu edildiyi açıqlanıb. Hücumda azı 50 nəfərin öldüyü bildirilir.

"Reuters"-ə danışan hadisə şahidlərinin açıqlamasına görə, terrorçular Ariş şəhərinin qərbindəki Bir əl-Abiddə yerləşən ər-Ravda məscidinə cümə namazı zamanı hücum edib. Təhlükəsizlik qüvvələrini dəstəkləyən camaatın hədəfə alındığını deyən şahidlər terrorçuların məscidə atəş açdığını bildirib. Digər mənbə isə terrorun məscidə hərbi forma ilə daxil olan şəxslər tərəfindən törədildiyini söyləyib. Misirli təhlükəsizlik mənbələri hücumda onlarla insanın öldüyünü və yaralandığını bildirir. "Sky News Arabia" az 50 adamın həyatını itirdiyini qeyd edib. Hücumun məsuliyyətini hələ üzərinə götürən olmayıb.
Source : eastnews
Comment