0
Friday 29 April 2011 - 08:08

ABŞ-da tornado qurbanlarının sayı 200-ə çatır

Story Code : 68607
ABŞ-da tornado qurbanlarının sayı 200-ə çatır
ABŞ-da tornado qurbanlarının sayı 200-ə çatır
Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, Amerika Birləşmiş Ştatlarının cənub-şərqində 193 adam tornado və fırtınalar nəticəsində ölüb, rəsmilər belə deyir.

Ən çox ziyan dəymiş Alabama ştatında son günlər 128 adam ölüb, onlardan 15-i Tuskaloza şəhərini viran qoymuş tornado zamanı həlak olub.

Tennesi, Mississipi, Corciya və Virginiya ştatlarında da ölüm halları baş verib.
ABŞ Milli Hava Xidməti ötən cümə günü fırtına başlayandan bəri 300 tornadonun baş verdiyini deyib. Təkcə çərşənbə günü 130 tornado baş verib.

Bir metereoloq Tuskaloza şəhərində tornadonu "Alabama tarixində ən pis" kimi təsvir edib.

83 mindən artıq sakini olan və Alabama Universitetinin yerləşdiyi şəhər bu gün səhər tornadonun güclü təsirinə məruz qalıb.

Tuskaloza sakinlərindən biri Reuters agentliyinə deyib ki, hər kəs tornado səsini qatar səsinə bənzədir, "mən özüm də tornado başlayanda qatar səsi eşitdim".

"Mən qaçıb vannadan yapışdım, ev, daha sonra şüşələr titrəməyə başladı".

Associated Press agentliyinin verdiyi xəbərə görə, axşam düşəndə şəhər qaranlığıa bürünüb, yollar keçilməz olub, sirenlər uğuldamağa başlayıb, dağıntılar küçə və cığırları bürüyüb. /Milli.Az/
Comment