0
Friday 29 April 2011 - 09:02

Yəmən müxalifətindən hökumətə ultimatum

Story Code : 68614
Yəmən müxalifətindən hökumətə ultimatum
Yəmən müxalifətindən hökumətə ultimatum
Yəmən müxalifəti dövlət başçısı Əli Abdullah Salehə xəbərdarlıq ünvanlayıb. Müxalifət koalisiyasından yayılan bəyanatda deyilir ki, Saleh əleyhdarlarının keçirdiyi dinc aksiyaya hökumət qüvvələrinin sərt müdaxiləsi ölkədə yaşanan siyasi gərginliyi azaldacaq dialoqu təhlükəyə ata bilər.
Müxalifət təmsilçisinin sözlərinə görə, hökumətin etirazçıları qorxutmaq cəhdləri iqtidarın gələcək taleyini çıxılmaz vəziyyətə salacaq.

Xatırladaq ki, bir ay sonra istefa verərək səlahiyyətlərini vitse-prezidentə həvalə edəcəyinə söz verən Yəmən prezidenti Əli Abdulla Salehə qarşı etirazlara yenə də sərt müdaxilə olmuşdu. Aprelin 27-də paytaxt Səna şəhərində keçirilən aksiyaların dağıdılması zamanı 15 nəfər öldürülüb, 100-ə qədər insan yaralanıb.

Comment