QR CodeQR Code

Suriya əleyhinə qərar BMT-də rədd edildi

Deyerler , 29 Apr 2011 11:01

IslamTimes - Avropa Birliyi tərəfindən hazırlanmış Suriyanı qınayan qətnamə BMT Təhlükəsizlik Şurası tərəfindən rədd edilib.


"Euronews"un verdiyi xəbərə görə, Rusiyanın Təhlükəsizlik Şurasındakı təmsilçisi Aleksandr Pankin çıxışı zamanı deyib ki, biz Suriyanın daxili işlərinə xaricdən müdaxilənin əleyhinəyik. Pankin Suriyanın daxili işlərinə qarışmağın bölgədə böyük problemlərin yaranmasına səbəb olacağını deyib. Çin hökuməti də Avropa Birliyi tərəfindən təqdim olunmuş planın əleyhinə səs verərək, belə bir qərarın qəbul olunmasının yol verilməz olduğunu bildirib.
Bu arada Türkiyə höküməti Suriyaya özünün xüsusi nümayəndə heyətini göndərib. Nümayəndə heyəti Suriyada daha çox islahatların həyata keçirilməsi üçün Bəşər Əsəd hökuməti ilə müzakirələr aparır.


Story Code: 68618

News Link :
https://www.islamtimes.org/az/news/68618/suriya-əleyhinə-qərar-bmt-də-rədd-edildi

Islam Times
  https://www.islamtimes.org