QR CodeQR Code

ABŞ jurnalı Səudiyyə vəliəhdini Yezidə bənzətdi, İranı isə...

28 Nov 2017 11:56

IslamTimes - Birləşmiş Ştatların məşhur "The National Interest" jurnalında dərc edilən məqalədə Məhəmməd ibn Salman tələsik, ölçüb-biçilməmiş qərarlarına görə Yezid ibn Müaviyəyə bənzədilib.


"IslamTimes" xəbər verir ki, Birləşmiş Ştatların məşhur "The National Interest" jurnalında Səudiyyə Ərəbistanının 32 yaşlı vəliəhdi Məhəmməd ibn Salman haqqında maraqlı məqalə dərc edilib. Məqalədə, vəliəhd, tələsik, ölçüb-biçilməmiş qərarlarına görə Yezid ibn Müaviyəyə bənzədilib. Müəllif həmçinin hazırkı Riyaz hakimiyyətini Bəni-Üməyyə hakimiyyəti ilə qiyaslayıb və Səudiyyə Ərəbistanı ilə İran arasındakı çəkişmələri Yezid ibn Müaviyə ilə imam Hüseyn arasındakı qarşıdurmaya bənzədib
Məqalədə qeyd edilir ki, Məhəmməd ibn Salmanın ağılsız addımları elə təsəvvür yaradır ki, o Yezidin Kərbəlada (hicri qəməri 61-ci il) imam Hüseynə qarşı törətdiyi hadisələri təkrarlamaq istəyir. O İranla baş-başa gəlib. İlk addım olaraq isə şiə məzhəbli Hizbullah Müqavimət Hərəkatını vurmağa çalışır. Bunun üçün də Livanın baş naziri Səd Həririni "girov" götürmüşdü. Vəliəhd Livan baş nazirinin rəsmi Riyaz tərəfindən dəstəkləndiyi, büdcəsinin Ərəbistan tərəfindən təmin edildiyi halda Hizbullahla əlaqədə olmasını həzm edə bilməmişdi. Səd Həriri isə Hizbullahla əlaqələrin Livan daxilindəki ixtilafların aradan qaldırılması üçün önəmli olduğu qənaətində idi.
Müəllif sonda bildirir ki, rəsmi Riyaz İranla qarşılaşmaq üçün İsraillə həmkarlıq edərək müştərək cəbhə yaratmaq niyyətindədir. Amma bu hadisə baş verərsə, dünya müsəlmanlarının liderliyi iddiasında olan Səudiyyə kralı öz imicinə zərbə vurmuş olacaq. Məhəmməd ibn Salman ikinci Kərbəla hadisəsini gerçəkləşdirmək istəsə də, şübhəsiz ki, bu dəfə nəticə tam tərsinə olacaq və qalib Yezidin canişini olmayacaq!


Story Code: 686251

News Link :
https://www.islamtimes.org/az/news/686251/abş-jurnalı-səudiyyə-vəliəhdini-yezidə-bənzətdi-iranı-isə

Islam Times
  https://www.islamtimes.org