0
Friday 29 April 2011 - 15:07

ABŞ müsəlmanların birləşməsini istəmir

Story Code : 68662
ABŞ müsəlmanların birləşməsini istəmir
ABŞ müsəlmanların birləşməsini istəmir
FaktXeber.com-un verdiyi məlumata görə, ABŞ höküməti Fələstinlə əlaqədar ziddiyətli qərar qəbul edib. Belə ki, mahmud Abbas hökümətinin Həmasla birləşəcəyi təqdirdə, Fələstin hökümətinin dəstəklənməyəcəyi açıqlanıb. Bu barədə ABŞ-ın Xarici İşlər Nazirliyinin sözcüsü məlumat verib. Bununıla da ABŞ höküməti Əl-Fəth və Həmas arasında əldə olunan razılaşmadan heç də məmnun olmadığı ortaya qoyub.

Qeyd edək ki, ABŞ-ın Xarici İşlər Nazirliyi, Fələstində yeni hökümətin yaradılmasından sonra, ölkəyə ediləcək yardımlara yenidən baxılacağını bildirib.

Məlumat üçün bildirək ki, Fələstinin Qəzza bölgəsinə nəzarət edən Həmas təşkilatı, ABŞın terror təşkilatları siyahısına yer alıb. 4 ildir razılığa gələ bilməyən fələstinli təşkilatların bir araya gəlməsi, ABŞ hökümətini narahat edib və buna görə də, Fələstinə edilən yardım mövzusunda Mahmud Abbasın qarşısına şərt qoyulub.


Comment