0
Wednesday 29 November 2017 - 21:15

Amerikalı siyasi təhlilçi: “İŞİD-in məğlubiyyəti ABŞ və İsrail rejiminin məğlubiyyətidir”

Story Code : 686625
Amerikalı siyasi təhlilçi: “İŞİD-in məğlubiyyəti ABŞ və İsrail rejiminin məğlubiyyətidir”
Təsnim xəbər verir ki, Mark Qlenn İŞİD terror təşkilatı qarşısında əldə edilən böyük qələbənin İran olmadan mümkün olmayacağını vurğulayaraq, belə danışıb: İŞİD-in məğlubiyyətini Amerika və İsrail rejiminin məğlubiyyəti kimi qəbul edirəm”.

İranın İraq və Suriyada İŞİD terror təşkilatına qarşı etdiyi mübarizəyə vurğu edən M.Qlenn, bunun müsəlmanlar aralarında şiə-sünni birliyi və Rusiya amilinin bura cəlb edilməsi ilə nəticələndiyini deyib: “Sionist İsrail rejiminin ortaya qoyduğu ideologiyaya qarşı bölgədə əldə edilən uğurlar yaxşı bir model olmaqdadır”.

M.Qlenn açıqlamasının sonunda isə bunları deyib: “Sionist İsrail rejimi İranın prioritetdə olan terror təhlükəsi kimi dünyaya təqdim etmək istəsə də, İranın IŞİD terror təşkilatı qarşısında Suriya və İraqda terror təşkilatlarına qarşı əldə etdiyi qələbələri ilə bu oyunu pozdu. İŞİD terror təşkilatının Körfəz ölkələri və Səudiyyə rejimi tərəfindən təşkilatlandırıldı. İŞİD-in məzhəbi dəlillər ilə hərəkət etdiyinə dair iddiaları qəbul etmirəm”
Source : Deyerler
Comment