0
Wednesday 29 November 2017 - 23:48

“Misir və İsrail ABŞ-ı İranı bombalamağa məcbur edirdi” – Con Kerri

Story Code : 686648
“Misir və İsrail ABŞ-ı İranı bombalamağa məcbur edirdi” – Con Kerri
“Report” “Haber7″yə istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Con Kerri Vaşinqtonda keçirilən toplantıda bildirib.

“Misir və İsrail Tehranla 2015-c il iyulun 15-də İranın nüvə proqramına dair Əhatəli Razılaşma sənədi imzalanmazdan əvvəl bir çox kral və dövlət başçısı ABŞ-a “İranın anlayacağı yeganə dil bombalama” olduğunu təklif edirdi. İsrailin baş naziri Benyamin Netanyahu İrana hücum etmək üçün ABŞ-ı təxirabata çəkirdi. Bunun tələ olduğunu düşünürdüm. İranın 10-15 ilə nüvə silahı əldə edib-etməyəcəyini bilmirəm. Ancaq 2015-ci ildə imzalanan razılaşma ABŞ-ın əldə edə biləcəyi anlaşmadır”, – keçmiş dövlət katibi vurğulayıb.

Qeyd edək ki, 2015-c il iyulun 15-də İranın nüvə proqramı ilə bağlı ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya, Çinlə Tehran hakimiyyəti arasında Əhatəli Razılaşma sənədi imzalanıb.
Source : Nur.az.com
Comment