QR CodeQR Code

Mişel Aun: “İsrail rejiminin Livana qarşı hədələri hələ də davam edir”

Deyerler , 30 Nov 2017 00:19

İslamtimes - Livanın prezidenti Mişel Aun İsrail rejiminin Livana qarşı hədələrinin hələ də davam etdiyini deyib


Deyerler.org xəbər verir ki, Livanın prezidenti Mişel Aun Amerika araşdırma mərkəzindən gələn nümayəndə heyəti ilə keçirdiyi görüşdə belə bir açıqlama ilə çıxış edib: “İsrail rejiminin Livana qarşı təhdidləri 1071 saylı fərmanının hələ də qüvvədə olmasına baxmayaraq, davam edir. İsrail rejimi bu qətnamənin həyata keçirilməsi istiqamətində beynəlxalq tələbləri gözardına vurur. Livanlıların konstitusiya ilə bağlı məsələlərdə birlik nümayiş etdirməsi və birləşməsi sabitliyin təmin olunması və böhranlarla mübarizədə mühüm bir amildir. Suriyalı qaçqınların mövcud problemləri aradan qaldırmalı və ölkələrinə qayıtmaları təmin olunmalıdır”.

Mövzu ilə bağlı Livan mənbələrinin verdiyi məlumata əsasən, Mişel Aun Romaya getmək məqsədilə Beyrutu tərk edib. Aun İtaliyaya bu ölkənin prezidentinin dəvəti ilə 3 günlük səfər edəcək.


Story Code: 686659

News Link :
https://www.islamtimes.org/az/news/686659/mişel-aun-israil-rejiminin-livana-qarşı-hədələri-hələ-də-davam-edir

Islam Times
  https://www.islamtimes.org