0
Friday 29 April 2011 - 16:28

Bəhreyn İranı günahlandırır

Story Code : 68672
Bəhreyn İranı günahlandırır
Bəhreyn İranı günahlandırır
Islam times.org/az/ - Bəhreyn rəhbərliyi, Tunis və Misirdəki qiyamdan sonra fevral ayında başlayan aksiyalara sərt reaksiya vermiş və hərbi vəziyyət elan etmişdir.

Nümayişlərə qatıldıqları üçün həbs olunan yüzlərlə adamın ailələriylə görüşməsinə də icazə verilmir.

Bu iddia mart ayının ortalarında hərbi vəziyyət elan edilməsindən bu yana, nümayişlərlə əlaqədar olaraq cəmiyyətə açıqlanan ilk iddiadır.

Həbs olunanlardan 7 nəfər, qəsdən adam öldürmə maddəsi ilə mühakimə olunub, bu müqəssirlər avtomobillə iki polisin üstündən keçməklə günahlandırılır.

Lakin müttəhimlərin vəkilləri bu iddianı rədd edirlər.
İnsan haqqları qurumları, bu şəxslərin ailə və yaxınları ilə görüşmələrinə icazə verilmədiyi kimi, vəkilləriylə görüşmələrinin məhdudlaşdırıldığını bildirirlər.

Rəsmi Bəhreyn, nümayişləri yatırmaq üçün etirazların öz ölkəsinə keçməsindən qorxan Səudiyyə Ərəbistanıdan da hərbi dəstək alır.

Aksiyalar zamanı ən az 30 adam ölüb. Bunlardan dördünün həbsdə öldüyü bildirilir.

Hökumət də, ölkədəki siyasi qarışıqlıq zamanı 4 polisin öldürüldüyünü açıqlayır.

Bəhreyn rəsmiləri bu hadisələrdə İranı günahlandırsa da, ancaq mütəxəssislər, ölkədə Sünni rəhbərlik ilə Şiə əksəriyyət arasında uzun müddətdir gərginlik yaşandığını bildiriblər.
Translator :
Source : IslamTimes
Comment