QR CodeQR Code

İraqdan İŞİD lideri ilə bağlı rəsmi açıqlama

İslamazeri , 2 Dec 2017 23:08

Islamtimes - İraqdan rəsmi açıqlama: "Əbubəkr Bağdadi Əl-Qaim və Əbu Kamal arasındakı ərazidə gizlənib"


İslamazeri.com Eastnews.org-a istinadən xəbər verir ki, İraq Birgə Qüvvələr Əməliyyat Komandanlığı mətbuat katibi general Yəhya Rəsul İŞİD terror təşkilatının lideri Əbu Bəkr Bağdadi barədə açıqlama verib.

O, verdiyi açıqlama zamanı bildirib ki, İŞİD terror qruplaşmasının lideri Əbubəkr Bağdadi sağdır və o, İraq və Suriya sərhədindəki ərazidə gizlənib.

General Yəhya Rəsul, "Bizdə olan kəşfiyyat məlumatına görə, Bağdadi İraqın Əl-Qaim şəhəri ilə Suriyanın Əbu Kamal şəhəri arasındakı ərazidədir və səhralığa səpələnmiş terrorçulara rəhbərlik edir" , - deyə açıqlama verib.


Yəhya Rəsuli terrorçuların sayının az olduğunu və onlardan birinin də Əbubəkr Bağdadi olduğunu vurğulayıb: "Onlar siçan kimi yaşayırlar. Əkinçi və ya qadın paltarında gəzirlər."


Story Code: 687309

News Link :
https://www.islamtimes.org/az/news/687309/iraqdan-işid-lideri-ilə-bağlı-rəsmi-açıqlama

Islam Times
  https://www.islamtimes.org