QR CodeQR Code

İƏT Trampı Qüdsü işğalçı İsrailin paytaxtı kimi tanımaqdan çəkinməyə çağırıb

5 Dec 2017 10:40

IslamTimes - İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr ABŞ prezidenti Trampı Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan və ölkə səfirliyini Qüdsə köçürməkdən çəkinməyə çağırıblar.


İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr ABŞ prezidenti Trampı Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan və ölkə səfirliyini Qüdsə köçürməkdən çəkinməyə çağırıblar.
APA-nın xəbərinə görə, bu barədə “Associated Press” məlumat verib.
İƏT-dən bildiriblər ki, quruma üzv 57 dövlət səfirliyini Tel-Əvivdən Qüdsə köçürəcəyi ölkə ilə əlaqələri tam kəsməli olacaq.
“Bu addım bütün ərəb ölkələri və müsəlman dünyasına qarşı açıq təcavüz kimi qiymətləndiriləcək”, təşkilatın yaydığı açıqlamada bildirilib.
Dekabrın 6-da ABŞ prezidenti Donald Tramp tərəfindən Qüdsün İsrailin paytaxtı kimi tanınmasına dair bəyanat verəcəyi gözlənilir.


Story Code: 687818

News Link :
https://www.islamtimes.org/az/news/687818/iət-trampı-qüdsü-işğalçı-israilin-paytaxtı-kimi-tanımaqdan-çəkinməyə-çağırıb

Islam Times
  https://www.islamtimes.org