0
Tuesday 5 December 2017 - 11:08

Suriya ərazisi terrorçulardan azad edilib

Story Code : 687821
Suriya ərazisi terrorçulardan azad edilib
"Suriyanın demək olar ki, bütün ərazisi, o cümlədən xristianların tarixi yaşayış məskənləri terrorçulardan azad edilib". Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin yerli pravoslav kilsələrinin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşü zamanı bildirib. 
Rusiya prezidenti qeyd edib ki, bu gün ərəb ölkəsində vəziyyət tədricən dəyişir: "Suriya silahlı qüvvələri Rusiya hərbçilərinin dəstəyi ilə demək olar ki, bütün ölkə ərazisini, o cümlədən xristianların tarixən yaşadıqları yerləri terrorçulardan azad ediblər".
Comment