QR CodeQR Code

Trampın miqrasiya barədə fərmanı qüvvəyə minib

5 Dec 2017 11:25

IslamTimes - ABŞ Ali Məhkəməsi prezident Donald Trampın miqrasiya barədə fərmanının qüvvəyə minməsi barədə qərar çıxarıb.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qərar fərmana qarşı qaldırılan iddialara baxılanadək müvəqqəti olaraq qüvvədə qalacaq.
D. Trampın fərmanı İran,  Liviya, Somali, Suriya, Çad və Yəmən vətəndaşlarının ABŞ-a gəlişinə qadağanı nəzərdə tutur. Digər fərmanla D.Tramp  Şimali Koreya vətəndaşları və Venesuela məmurlarının ABŞ-a girişinə qadağa qoyub. 
Beləliklə, Ali Məhkəmə yekun qərar verənə qədər D. Trampın fərmanı icra olunacaq.
Qeyd edək ki, oktyabrın 17-də ABŞ-ın Havay ştatında federal hakim D.Trampın immiqrasiya rejiminin sərtləşdirilməsinə yönəlmiş fərmanının icrasına qadağa qoyub.


Story Code: 687827

News Link :
https://www.islamtimes.org/az/news/687827/trampın-miqrasiya-barədə-fərmanı-qüvvəyə-minib

Islam Times
  https://www.islamtimes.org