0
Wednesday 6 December 2017 - 12:22

İbrahim Cəfəri: Dünyanın 140 ölkəsindən terrorçular İraqda İŞİD sıralarnda vuruşurdu

Story Code : 688340
İbrahim Cəfəri: Dünyanın 140 ölkəsindən terrorçular İraqda İŞİD sıralarnda vuruşurdu
İraqın xarici işlər naziri İbrahim Cəfəri London Diplomatik Sammitdə çıxışında bildirib ki, dünyanın 140 ölkəsindən o cümlədən ABŞ və Britaniyadan terrorçular İraqda İŞİD sıralarında vuruşurdu.

Maide.Az beynəlxalq KİV-lərə istiandən xəbər verir ki, İ.Cəfəri Londonun Regents Universitetində Qlobal Diplomatik Forumun London Diplomatik Sammitində çıxışı zamanı bildirib ki, terrorizm beynəlxalq bir fenomendir, dini və miliyyəti yoxdur.

Bu səbəbdən idi ki, xalqın canfəşənalığı, ordu, İraq Kürd pişmərgələri, polis, ölkənin terrora qarşı qüvvələri, bir çox qurumlar, eləcədə İraqın qonşu və dost ölkələri İraqlılara İŞİD-i məhv etmək üçün yarıdm etdi.

İ.Cəfəri deyib ki, terrorçular ABŞ, Britaniya, Şərqi Asiya, Fars Körfəzi və digər ölkələrdən İraqa gəlmişdi və İŞİD sıralarında ölkənin 3 böyük əyalətində (İraqın təqribən dördə bir hissəsində) vuruşurdular.

İ.Cəfəri İraq Həşd Şəbi Könüllü Xalq Qüvvələri ilə bağlı sualın cavabında deyib ki, bütün ölkələrdə o cümlədən İngiltərdə əcnəbi qüvvələrin hücumu zamanı və işğal baş verdikdə xalq könüllü qüvvələri müqavimət qrupları yaradır və ölkəni müdafiə edir. “Həşd Şəbi İŞİD-lə mübarizədə effektli çıxış edib və parlamentin qəbul etdiyi qərara əsasən İraq Milli Ordusunun bir parçası olaraq xalqın etimadını qazanıb.”

İraq XİN rəhbəri deyib ki, heç bir şəxs və ya əcnəbi dövlətə Həşd Şəbi haqqında danışmağa icazə verməyəcəyik. “Qərb ölkələrinin KİV-ləri necə ki, İŞİD terror qruplaşmasının hücumlarını şiə - sünni müharibəsi kimi qələmə verməyə çalışırdı, eləcədə Həşd Şəbinin rolu ilə bağlı yalnış məlumatlar yayırlar. İŞİD jhəm sünni və həmdə şiənin düşmənidir və İraqdakı bütün xalqlar İŞİD-in qurbanına çevrilib. HƏşd Şəbi qüvvələri də məzhəb üçün deyil, İraqda Milli hakimiyyət üçün vuruşur”.
Source : Maide
Comment