QR CodeQR Code

General Salami: Sionist rejim ABŞ-ın müstəmləkəçiliyinin bir hissəsidir

Sahartv , 11 Dec 2017 19:40

Islamtimes - İslam İnqilabı Keşikçilər Korpusu Sepahın baş komandan əvəzi sionist rejimi ABŞ-ın müstəmləkəçilik mentalitetinin bir hissəsi adlandırıb.


İslam İnqilabı Keşikçilər Korpusu Sepahın baş komandan əvəzi general-mayor Hüseyn Salami bazar ertəsi günü Tehranda Böyük Qüdrətlər və Qərbi Asiya Regionunun Təhlükəsizliyi Milli Kofransında etdiyi çıxışında deyib: Sionist rejim ABŞ-ın müstəmləkəçilik mentalitetinin bir hissəsidir və imperializm dünyası seçkdiyi strategiyanın kiçikliyinə görə, region ölkələrini parçalamaq və zəif hökumətlər təşkil etmək ardıncadır. Belə ki, sionist rejim təhlükəsizlikdə olsun.

General Salami sionist rejimin regionda gərginlik mənbəyi olduğunu bildirib və deyib: Qərbi Asiya regionu sionist rejimin təhlükəsizliyinin təmini üçün strateji nöqtədir. Elə buna görə, beynəlxalq və regional qüdrətlərin strateji toqquşma yeridir. Son bir neçə ildə bütün müharibələr bu bölgədə baş vermişdir.

İslam İnqilabı Keşikçilər Korpusu Sepahın baş komandan əvəzi Qərbi Asiya regionundakı son prosesləri diqqət mərkəzində saxlamaqla sionist rejimin taleyinə toxunub və deyib: Hazırda İslam Respublikası sionist rejim qarşısında önləyicilik sərhədindən keçib və bu qəsbkar rejimi bir təhdid səviyyəsindən çıxarıb.

General Salami İran və ABŞ arasında strateji tarazlıqda üstün tərəf və təhlükəsizlik üstünlüyünün İslam Respublikasının yanında olduğunu bildirib və deyib: Amerikalılar qüdrət dinamikası atmosferində siyasi mənafeyi istehsal edə bilmirlər və hər nə düşünürlərsə, praktiki şəkildə əks nəticələr verir.

İslam İnqilabı Keşikçilər Korpusu Sepahın baş komandan əvəzi xatırladıb: ABŞ siyasətçiləriin strateji məntiq ehtiyatları bitmişdir.

Böyük Qüdrətlər və Qərbi Asiya Regionunun Təhlükəsizliyi Milli Konfransı bu gün Tehranda İranın hərbi və siyasi şəxsiyyətlərinin iştirakı ilə işə başlayıb.


Story Code: 689404

News Link :
https://www.islamtimes.org/az/news/689404/general-salami-sionist-rejim-abş-ın-müstəmləkəçiliyinin-bir-hissəsidir

Islam Times
  https://www.islamtimes.org