0
Saturday 30 April 2011 - 18:58

NATO-dan Qəddafiyə rədd cavabı

Story Code : 68956
NATO-dan Qəddafiyə rədd cavabı
NATO-dan Qəddafiyə rədd cavabı
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə adının gizli saxlanmasını istəyən NATO təmsilçisi məlumat verib. NATO nümayəndəsi deyib ki, atəşkəs təklifindən əvvəl dinc sakinlərə qarşı açılan atəşlər dayandırılmalıdır: “NATO sözü deyil, görülən işi görmək istəyir”. 

Təmsilçi Liviya liderinin tabeliyində olan qüvvələrin Qəddafinin atəşkəs barədə təklifindən bir qədər əvvəl Misrata limanına top atəşləri yağdırdığını, çoxlu sayda insanın öldürüldüyünü deyib: “Bütün bunlara son qoyulmalıdır”.

Qeyd edək ki, Liviya lideri bu gün televiziya kanalı vasitəsi ilə “Sülhə açılan qapı açıqdır” deyib və NATO qüvvələrini atəşkəslə bağlı müzakirələrə çağırıb. 

Nəzərinizə çatdıraq ki, NATO təmsilçisi Qəddafinin Liviya xalqını bombalamasından danışsa da, NATO-nun Liviya xalqını bir neçə dəfə atəşə tutmasından söz açmayıb.
Comment