0
Wednesday 13 December 2017 - 11:56

İŞİD əvəzi Suriya ordusunu bombalayan ABŞ, qələbəni öz adına yazdı

Story Code : 689663
İŞİD əvəzi Suriya ordusunu bombalayan ABŞ, qələbəni öz adına yazdı
"IslamTimes" xəbər verir ki, ABŞ prezidenti Donald Tramp 2018-ci il müdafiə büdcəsi ilə bağlı sənədi imzalayərkən İŞİD terror qruplaşması barədə də danışıb. O deyib: "Biz Suriyada və İraqda qələbə qazandıq. Artıq İŞİD məğlub olub. Amma onlar başqa məntəqələrə qaçmaq istəyirlər. Biz isə onların ardıncayıq və sürətlə onları tapıb, zərərsizləşdirəcəyik."
Qeyd edək ki, İŞİD-lə mübarizə bəhanəsi ilə Suriya ordusunu bombalayan, dəfələrlə dinc əhalini qətliam edən ABŞ-ın İŞİD-i məğlub etməsi ilə bağlı açıqlaması olduqca gülünc görünür. Rusiyanın, iranlı general Qasim Süleymaninin rəhbərliyi altında düşmənlə üz-üzə mübarizə aparan, İran, İraq, Əfqanıstan, Pakistan, Livan və digər ölkələrdən olan mücahidlərin qələbəsini Trampın öz adına yazmaq istəməsi həqiqətən həyasızlıqdır!
Comment