QR CodeQR Code

Türkiyə parlamentində Ərdoğana görə yumruq davası

13 Dec 2017 12:08

IslamTimes - Türkiyə BMM-də iqtidar və müxalifət partiyalarından olan deputatlar arasında qarşıdurma yaşanıb.


Türkiyə Böyük Millət Məclisində 2018-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı iqtidar və müxalifət partiyalarından olan deputatlar arasında mübahisə yaranıb.
 
Trend-in məlumatına əsasən, qarşıdurmaya müxalif Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili Özgür Özelin ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında işlətdiyi ifadələr səbəb olub.
 
Buna etiraz olaraq hakim Ədalət və İnkişaf Partiyasından olan deputatlar kürsüyə doğru axışıb və nəticədə millət vəkilləri arasında qarşıdurma yaşanıb.


Story Code: 689665

News Link :
https://www.islamtimes.org/az/news/689665/türkiyə-parlamentində-ərdoğana-görə-yumruq-davası

Islam Times
  https://www.islamtimes.org