0
Wednesday 13 December 2017 - 12:08

Türkiyə parlamentində Ərdoğana görə yumruq davası

Story Code : 689665
Türkiyə parlamentində Ərdoğana görə yumruq davası
Türkiyə Böyük Millət Məclisində 2018-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı iqtidar və müxalifət partiyalarından olan deputatlar arasında mübahisə yaranıb.
 
Trend-in məlumatına əsasən, qarşıdurmaya müxalif Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili Özgür Özelin ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında işlətdiyi ifadələr səbəb olub.
 
Buna etiraz olaraq hakim Ədalət və İnkişaf Partiyasından olan deputatlar kürsüyə doğru axışıb və nəticədə millət vəkilləri arasında qarşıdurma yaşanıb.
Comment