0
Wednesday 13 December 2017 - 12:17

İstanbulda İƏT xarici işlər nazirlərinin toplantısı başlayıb

Story Code : 689669
İstanbulda İƏT xarici işlər nazirlərinin toplantısı başlayıb
APA-nın məlumatına görə, ilk olaraq, İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin yığıncağı təşkil olunub.
 
Tədbirə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da qatılıb.
 
Daha sonra üzv ölkələrin dövlət başçılarının görüşü keçiriləcək.
 
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə Zirvə toplantısında iştirak etmək üçün dekabrın 12-də Türkiyəyə işgüzar səfərə gedib.
 
ABŞ prezidenti Donald Tramp dekabrın 5-də Qüdsü İsrailin paytaxtı kimi tanıdığını, Tel-Əvivdəki ABŞ səfirliyinin bu şəhərə köçürüləcəyini bəyan edib. Bu səbəbdən İslam Əməkdaşlıq Təşkilatının hazırkı sədri Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan təşkilatın fövqəladə Sammitinin keçirilməsini təklif edib.
Comment