0
Wednesday 13 December 2017 - 12:50

Saakaşvili Ukraynanın baş naziri olmaq istəyir

Story Code : 689678
Saakaşvili Ukraynanın baş naziri olmaq istəyir
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu M. Saakaşvili ZIK telekanalının efirində bildirib.
“Ukraynada normal hökumətin formalaşmasına görə məsuliyyəti öz üzərimə götürməyə hazıram. Mən heç vaxt prezidentliyə namizədliyimi irəli sürməyəcəyəm. Ukrayna prezidenti milliyyətcə ukraynalı olmalı, burada dünyaya gəlib, yaşamış insan olmalıdır”, - deyə M. Saakaşvili bildirib.   
Qeyd edək ki, Kiyevin Peçora rayon məhkəməsi ötən gün M.Saakaşvili barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsinə dair prokurorluğun vəsatətini təmin  etməyərək, azadlığa buraxıb. Prokuror məhkəmənin qərarından şikayət vermək niyyətindədir.
Comment